Hello Park multimediya parkı 3-12 yaş arası ziyarətçilər üçün nəzərdə tutulmuşdur. Əraziyə giriş yalnız 3-12 yaş aralığında ən az 1 ziyarətçi ilə mümkündür.
Giriş haqqı Hello Park-da mövcud olan yaşa uyğun bütün oyun sahələrindən ərazidə olan müştəri sayı və vaxt məhdudiyyəti səbəbi ilə istifadəyə zəmanət vermir.
Oyun sahələrində yaş limitləri və tutum qaydaları ola bilər.
Giriş biletləri tək istifadəlikdir və eyni giriş bileti ilə birdən çox giriş mümkün deyildir. Giriş biletin tarix və saatı dəyişdirilə bilməz.
Hello Park daxilində yemək və içkilər, face art və əlavə xidmət giriş məbləğinə daxil deyildir.
Girişdə uşaqlara Name-sticker və qolbaq verilir. Bu Name-sticker və qolbaqlar digər ziyarətçilərə verilməməlidir. Name-sticker istifadə etməyən ziyarətçilərin Hello Park ərazisinə daxil olmasına icazə verilmir.
Çıxış prosesi zamanı yetkinlər müşayiət etdikləri uşaqlarla birlikdə çıxış məntəqəsinə gəlməlidirlər. Ərazidən çıxış zamanı qolbaq və Name-sticker təhvil verilməlidir.
6 yaşdan aşağı ziyarətçilər yalnız onları müşayiət edən yetkinlik yaşına çatmış şəxs ilə parka giriş edə bilər, və uşaq park ərazisini tərk edənə qədər park ərazisində qalmalıdırlar.
6 yaşdan böyük uşaqlar park ərazisində valideyn məsuliyyəti altında tək qala bilər.
Giriş edən uşaq ziyarətçilər müvəqqəti Hello Park ərazisindən çıxış edə bilməzlər.
Hello park ərazisində ayaqqabı ilə və ya ayaqyalın giriş qadağandır, corab geyinilməsi zəruridir.
Alınan biletlər yalnız müştəri bileti əldə etdikdən sonra heçbir xidmətdən istifadə etmədiyi halda geri qaytarılması mümkündür.
Giriş zamanı eyni anda iki endirim tətbiq edilə bilməz.
Müqayisəli məqamlarda müştəridən uşaqların yaşı üçün şəxsiyyət vəsiqəsi tələb oluna bilər.
Pulsuz giriş zamanı fərdi məlumatların (şəxsiyyət vəsiqəsi, əlaqə nömrəsi, fin kod) toplanılmasına etiraz etmirəm.
Ayaqqabı və üst geyimlər parkın girişindəki dolablarda qalmalıdır. İtmiş, oğurlanmış və ya zədələnmiş əşyalara görə Hello Park məsuliyyət daşımır.
Narkotik vasitələrin, alkoqollu içkilərin və psixotrop maddələrin təsiri altında parka daxil olmaq, tütün məmulatlarından istifadə, saqqız çeynəmək, kənardan yemək və içki , silah və zərərli vasitələr gətirmək, həmçinin ev heyvanı ilə daxil olmaq qadağandır.
Uşaq ziyarətçilər və onları müşayiət edən yetkin şəxslər digər ziyarətçilərə qarşı nəzakətlə və hörmətlə yanaşmalıdırlar.
Hello Park əvvəlcədən xəbərdarlıq etmədən parkı tamamilə və ya qismən bağlamaq və parka daxili olan şəxslərin sayını məhdudlaşdırmaq hüququna sahibdir.
Park əmlakını və oyun vasitələrini parkdan kənara çıxarmaq olmaz.
Övladımın hər hansı bir keçici və ya psixoloji xəstəliyinin olmadığını, Hello parkd-da olduğu müddətdə bütün məsuliyyətin mənə aid olduğunu qəbul və təsdiq edirəm.
Hello park ərazisindəki Batut, sürüşmə ərazisi, şar hovuzu və digər atraksiyonlarkı fəaliyyət və oyunlar zədə riski daşıyır, müşayiət etdiyim şəxsin həyatına, sağlamlığına habelə onun davranış qaydalarına əməl etməsinə görə şəxsən mən tam məsuliyyət daşıyıram.
Fövqəladə hal baş verərsə, uşaqınızı götürmək üçün toplanma nöqtəsinə gəlməlisiniz.